Ramzan Kadırovun ağciyərlərinin 70 faizi zədələnib


11:43     23 May 2020 20_05_23_1590219872.jpg


Çeçenistan rəhbəri Ramzan Kadırovun ağciyərlərinin 70 faizi zədələnib.

Bu barədə “Komsomolskaya pravda” xəbər yayıb.

Nəşrin adı açıqlanmayan müsahibinin sözlərinə görə, R.Kadırovun ağciyərlərinin çox hissəsinin zədələnməsi onun koronavirusu ağır keçirdiyini göstərir.

Xatırladaq ki, srağagün Çeçenistan rəhbəri COVID-19-a yoluxma şübhəsi ilə Moskvada xəstəxanaya yerləşdirilib.

Onun iki-üç həftə əvvəl respublikanın Urus-Martan rayonunun rəhbəri Valid Abdurraşidovu xəstəxanada ziyarəti zamanı yoluxduğu ehtimal olunur.

Çeçenistanda respublika başçısının yoluxma xəbəri təkzib olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1901