Bakıda qətl törədən şəxsin məhkəməsi başlayır


13:36     23 May 2020 1398947325_mehkeme.jpg

Bakıda qətl törətməkdə təqsirləndirilən Namiq Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Femida.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Azad Məcidovun icraatında olan iş üzrə hazırlıq iclası iyunun 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında baş verib.

Nizami rayon Qara Qarayev prospekti, 31 ünvanında 1988-ci il təvəllüdlü Ramal Kazımovun kəsici-deşici alətlə ürəyi və bədənin digər nahiyyələrinə zərbələr endirilərək öldürülməsi faktı barədə məlumat daxil olub.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Səfərov Namiq Bəxtiyar oğlu tərəfindən aralarında yaranan mübahisə zamanı bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

N.Səfərov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.2-ci ( xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 582