Ölkədə koronavirusdan sağalanların sayı 2500-ü keçdi


16:20     23 May 2020 2020/01/koronovirus2_1580468432.jpg

Azərbaycanda indiyədək 3982 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, onlardan 2506 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1427 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 57 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Açar sözlər:

Oxunub: 1027