Bakı polisi və könüllülər vətəndaşlara tibbi maska payladı


17:05     23 May 2020 2020/05/9CA3DA26-BB26-4370-9CB7-A1F4511B0639_1590238866.jpeg

Əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı tədbirlər davam etdirilir.

Femida.az-ın xəbərinə görə, paytaxtda polis əməkdaşları könüllülərlə birlikdə insanların daha çox toplaşdığı ərazilərdə, metrostansiyaların qarşısında vətəndaşlarla maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələblərini izah ediblər.

Belə ki, insanlarla təmas zamanı iki metrlik məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu onların diqqətinə çatdırılıb.

Həmçinin polis əməkdaşları və könüllülər tərəfindən maskadan istifadə etməyən vətəndaşlara tibbi maskalar paylanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 829