Ədliyyə naziri: "İşində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yeri yoxdur"
19:52 23 May 2020
"Ölkə başçısının dürüstlük, şəffaflıq, ədalət, xalqa xidmət və qanunun aliliyi prinsiplərinin üstün tutulması barədə tələbləri hər bir əməkdaşın fəaliyyətində rəhbər tutulmalı, qanunçuluğa, etik davranış qaydalarına dönmədən əməl olunmalı, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanların müraciətlərinə hər zaman qayğı və həssaslıqla yanaşılması hər bir əməkdaşın ümdə vəzifəsidir".
Bunu Ədliyyə naziri Fikrət Məmmədov Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə Nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində bildirib.
Nazir ədliyyə işçisinin adına və nüfuzuna xələl gətirən hərəkətlərin yolverilməzliyini, lazımi nəticə çıxarmayan və işində dönüş yaratmayan əməkdaşların penitensiar sistemdə yer olmadığı və qanun pozuntularına qarşı ən ciddi tədbirlərin görüləcəyi qeyd edib.
F.Məmmədov həmçinin, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının daha etibarlı təmin olunmasını, rejim qaydalarına dürüst əməl edilməsini, tərbiyə işinin, nizam-intizamın, təhlükəsizlik və mühafizə tədbirlərinin gücləndirilməsini Penitensiar xidmət və tabe müəssisələrin rəhbərlərindən tələb edib.
Nazir həmçinin penitensiar və tibb xidmətlərinin işinin səmərəliliyinin artırılması, kadr işinin təkmilləşdirilməsi, əməkdaşların peşəkarlığının və məsuliyyət hissinin yüksəldilməsi, tabe qurumların fəaliyyətinə təsirli nəzarətin artırılması ilə bağlı konkret göstərişlər verib.
Oxunub: 1056
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyi Rasim Balayevin səlahiyyətlərini təsdiq edib
- Ədliyyə Nazirliyi aliment ala bilməyən vətəndaşlara çağırış edib
- Baş prokurora I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib
- Nazir: “Ədliyyə işçiləri “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına 4,5 milyon manatdan çox ianələr edib”
- Naxçıvanın ədliyyə nazirinə ali xüsusi rütbə verilib
- Həbsxanaya poçt vasitəsilə narkotik keçirmək istədi
- Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir
- Amnistiya Aktı indiyədək 101 nəfərə şamil olunub
- Fikrət Məmmədov türkiyəli həmkarı ilə görüşüb
- Ali Məhkəmə və Ədliyyə Nazirliyi birgə məlumat yayıb