AZAL: Aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb


19:58     23 May 2020 2020/05/1590248061811_xIOrPfdW_1590249550.jpg

COVID-19 koronavirus infeksiyası pandemiyasının davam etməsi, habelə "Azərbaycan Hava Yolları" və Buta Airways aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar, 2020-ci ilin 15 iyun tarixinədək (15 iyun daxil olmaqla) uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

Bu barədə "Azərbaycan Hava Yolları"ndan bildirilib. Məlumata görə, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur.

Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.

Açar sözlər:

Oxunub: 816