Bu gün Ramazan bayramıdır


08:50     24 May 2020 ramazan%20ayi%207.jpg

Bu gün Azərbaycanda Ramazan bayramıdır.

Femida.az xəbər verir ki, Ramazan bayramı (Şəvval ayının 1-i) Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edir.

Koronavirus pandemiyası ilə əlaqədar ölkə məscidlərində bayram namazı qılınmayacaq. İnsanlar yalnız evdə dini ibadətləri yerinə yetirə bilərlər.

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 650