FHN: "Alov qüllələri" yaxınlığında yanğın baş verməyib


08:54     24 May 2020 2020/05/682D2B6A-E6C3-467D-8617-88778646DFA0_1590296227.jpeg

“Bu gün (ötən gün-red) bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın”ın baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Qeyd olunan məsələ ilə bağlı bildiririk ki, göstərilən ərazidə heç bir yanğın hadisəsi baş verməyib və yayılan video və şəkillər bir neçə il əvvəl baş vermiş hadisənin görüntüləridir”.

Femida.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda deyilir.

“Bununla bağlı kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinə bir daha müraciət edərək hər hansı hadisə barədə daxil olan məlumatları yaymazdan əvvəl FHN-in Mətbuat xidməti ilə dəqiqləşdirməyə və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq”, - deyə nazirlik bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 455