FHN köməksiz qalanlara yardım etdi


10:19     24 May 2020 2020/05/FB6E23EE-44B8-446A-A20A-EB9F1E543D26_1590301331.jpeg

Bakı şəhərinin Qaradağ rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Bundan başqa, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Yasamal və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 448