ABŞ Səfirliyi azərbaycanlıları təbrik edib


10:22     24 May 2020 2020/05/2C9ADADB-7BD3-4AF0-9661-336EB4C2685D_1590303733.jpeg

ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

Femida.az-ın Azərbaycandakı Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib.

APA-nın xəbərinə görə, təbrik səfirliyin “Facebook” səhifəsində yerləşdirilib.

Təbrikdə qeyd edilib ki, ABŞ-ın Azərbaycandakı Səfirliyi bütün azərbaycanlıları müqəddəs Ramazan ayının bitməsi münasibəti ilə səmimi təbrik edir: “Biz dünya müsəlmanlarının Ramazan ayı boyunca qeyd etdiyi mərhəmət, ailə, dostluq və xeyriyyə ruhunu tanıyırıq. Biz həmçinin bütün insanlara və bütün dinlərə hörmət və tolerantlıq çağırışına qoşuluruq. Ramazan Bayramınız Mübarək!”.

Femida.az

Açar sözlər:

Oxunub: 588