Putin müsəlmanları təbrik edib


11:06     24 May 2020 putin8.jpg

Rusiya Prezidenti Vladimir Putin Ramazan bayramı münasibətilə ölkənin müsəlman əhalisini təbrik edib.

Femida.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Müqəddəs Ramazan ayının sonunun qeyd edilməsi xüsusi mənəvi məna, özünü inkişaf etdirmənin, mənəvi təmizlənmənin yeni əvəzolunmaz təcrübəsini əldə etmək sevinci daşıyır".

Putin təbrikində qeyd edib ki, Rusiya müsəlmanları babalarının tarixi, mədəni, dini ənənələrinə böyük hörmətlə yanaşır və gənc nəsillərə tanıdır.

Açar sözlər:

Oxunub: 917