Ağdaşda ağır yol qəzası: Avtomobil iki hissəyə bölündü
12:02 24 May 2020
Ağdaş rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Femida.az xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 227 ci km-də, rayonun Xosrov kənd ərazisinidə qeydə alınıb.
Belə ki, rayonun Aralbir kənd sakini, 1977-ci il təvəllüdlü Gərayev Niyaz Nizam oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb.
Qəza nəticəsində minik avtomobili iki hissəyə bölünüb, sürücü isə hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 979
Oxşar xəbərlər
- Ağdaşda anbar və mağazadan oğurluq edən şəxslər saxlanılıb
- Ağdaşda əcnəbi evdən oğurluq edib
- Ağdaşda avtomobil piyadanı vuraraq öldürüb
- Ağdaşda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
- Ağdaşda evdə yanğın zamanı 87 yaşlı qadın yanaraq ölüb
- Ağdaşda iki avtomobil toqquşub, xəsarət alan var
- Ağdaşda qaçırdığı avtomobili hissələrə bölərək satmaq istəyən şəxs saxlanılıb
- Ağdaşda kişi döyülüb, qadın hədələnib
- Ağdaşda müştərilərə qəlyan təklif edən çay evinin icarədarı cərimələnib
- Ağdaşda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib