“İndi məsuliyyət hər birimizin üzərindədir” - Nazir müavini


14:28     24 May 2020 20_05_24_1590319814.jpg

Ramazan bayramı günlərində karantin rejiminin kifayət qədər yumşaldılması, məhz bu müddətdə hər bir vətəndaşın üzərinə düşən sosial məsuliyyəti dərk etmək və sanitar-gigiyenik qaydalara riayət etməyi olduqca vacibdir.

Femida.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib.

Nazir müavini bildirib ki, koronavirus elan olunan gündən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qərarları və göstərişləri nəticəsində problemin həlli üçün bütün dövlət qurumları səfərbər edilib.

R.Əliyevin sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 epidemiyasının pandemiya elan edəndə ölkəmiz artıq epidemiya dalğasının geniş miqyasda yayılmasının qarşısını alırdı: “İndi məsuliyyət hər birimizin üzərindədir. Hamını nümunəvi intizam və birlik göstərməyə çağırıram”.

Femida.az

Açar sözlər:

Oxunub: 1142