Mingəçevirdə maşın sürməyi öyrənən qadın 13 nəfəri vurdu


15:37     24 May 2020 20_05_24_1590320339.jpg


Mingəçevirdə “Opel” markalı avtomobil piyadaları vurub.

Hadisə şəhərin Texniki Rezin Məmulatları Zavodunun yaxınlığında baş verib. Məlumata görə, qadın sürücünün idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yolun kənarında olan piyadaları vurub. Aralarında 7 azyaşlı olan 10-a yaxın piyada xəstəxanaya yerləşdirilib.

Mingəçevirdə baş vermiş qəzanın təfərrüatı bəlli olub. Belə ki, şəhər sakini Elnarə Abdullayeva Ramazan bayramı münasibətilə həyətində süfrə açıb. Süfrə arxasında azyaşlılar da olub. Həyat yoldaşı tərəfindən avtomobil sürməyi öyrənən qadın idarəetməni itirib və masa arxasındakı insanları vurub.

Faktla bağlı araşdırma aparılır. / qafqazinfo

Femida.az

Açar sözlər:

Oxunub: 722