Polis əməkdaşları aztəminatlı ailələri ziyarət edib


15:56     24 May 2020 polis_478756754646.jpg


Ramazan bayramı münasibətilə Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yaşayan aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları 30 ailəni ziyarət edib, onları bayram münasibətilə təbrik edərək müxtəlif ərzaq məhsullarından ibarət bayram sovqatını onlara təqdim ediblər.

Sakinlər də göstərilən bu diqqət və qayğıya görə, asayiş keşikçilərinə öz minnətdarlıqlarını bildiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 884