Ölkədə koronavirusla bağlı SON RƏQƏMLƏR


16:53     24 May 2020 20_05_24_1590324887.jpg


Azərbaycanda indiyədək 4122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, onlardan 2607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 58 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.

Azərbaycanda bu günədək koronavirusa görə aparılan testlərin də sayı açıqlanıb.

Bildirilib ki, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 270 739 test aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 949