Vəkilə cinayət işi açıldı - baş redaktoru döyüb?
14:45 05 Dekabr 2015
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov barəsində cinayət işi başlanılıb.
Femida.az xəbər verir ki, bu barədə A.Məmmədov özü sosial şəbəkələrdə məlumat verib. Vəkil bildirib ki, Ədliyyə Nazirliyinin İstintaq İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 289.1-ci (Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə cinayət işi başlanılıb: "Bir neçə gün əvvəl Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi Malik Səfərov mənə zəng edərək bildirdi ki, Sizə qarşı cinayət işi başlanır, istintaqa gəlin. Mən bunun nə ilə bağlı olduğunu soruşduqda, bildirdi ki, beş ay əvvəl "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevi döyüb, söyüb, təhqir etmisiniz. Əslində isə beş ay əvvəl peşə fəaliyyətimi yerinə yetirərkən, birbaşa məhkəmə zalındaca heç bir əsas olmadan, Habil Vəliyev məni söyərək təhqir edib".
Qeyd edək ki, A.Məmmədov hazırda "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun vəkilidir.
Oxunub: 1592
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Özünü dənizə atan gəncin meyiti sudan çıxarıldı
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- “Qızıl Xaç” Baqdasaryana baş çəkib
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- Prezident açılışda