Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113,5 milyon manat köçürülüb


14:25     25 May 2020 20_05_25_1590402477.jpg


Bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği məlum olub.

Femida.az xəbər verir ki, Fonda indiyə qədər 113 460 503 manat ianə köçürülüb.

Qeyd edək ki, Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərmanla ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Aprelin 11-də Baş Nazir Əli Əsədovun imzaladığı sərəncamla Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurası yaradılıb.

Femida.az

Açar sözlər: #koronavirus  

Oxunub: 1322