80 yaşlı qadını soyan şəxs saxlanıldı


15:31     25 May 2020 20_05_25_1590405744.jpg

Bakıda 80 yaşlı qadına qarşı soyğunçuluq edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 23-də A.Nemətulla küçəsində Bakı şəhər sakini, 80 yaşlı T.Qurbanovanın içərisində 1100 manat pulu və mobil telefonu olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini M.Kərimov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 963