Şamaxının icra başçısı karantinə alınması ilə bağlı danışdı


16:34     25 May 2020 20_05_25_1590410209.jpg


Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Tahir Məmmədov RİH əməkdaşlarının koronavirusla bağlı karantinə götürülməsi ilə bağlı məlumata münasibət bildirib.


Femida.az-ın məlumatına görə, AzTV-nin efirinə canlı bağlantı ilə qoşulan T.Məmmədov RİH-in bir əməkdaşının koronavirusla bağlı verdiyi testinin nəticəsinin müsbət çıxdığını təsdiqləyib:

“Bildiyiniz kimi, mütəmadi olaraq bütün digər rayonlar kimi Şamaxıda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bir sıra tədbirlər görülür. O cümlədən mütəmadi testlər verilir. Növbəti testlərin birində əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər bütün əməkdaşlar, o cümlədən mən özüm də hazırda sosial izolyasiya rejimində öz işimizi davam etdiririk. Daha çox onlayn bağlantı vasitəsilə, heç kimdən təmasda olmamaq şərtilə fəaliyyətimizi davam etdiririk”.

Femida.az

Açar sözlər:

Oxunub: 993