Məhkəmə dələduzluq edən şəxslərlə bağlı qərar elan edib


19:48     25 May 2020 1398947325_mehkeme.jpg

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Ellada Babayeva və onun keçmiş həyat yoldaşı Emil Babayevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Femida.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, bir neçə il əvvəl rəsmi nikahda olan E.Babayevlə E.Babayeva 21 nəfərə qarşı külli miqdarda dələduzluq ediblər. Zərərçəkmişlər turizm şirkətlərinin nümayəndələri olublar. E.Babayeva və E.Babayev onlardan iş görmək, turpaketlər təşkil etmək adı ilə müxtəlif məbləğlərdə pul və təyyarə biletləri alıblar. Lakin sonradan ödənişlər geri qaytarılmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Babayev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, E.Babayevanın cəzası 2015-ci il təvəllüdlü qızı 14 yaşına çatana qədər təxirə salınıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan E.Babayev və zərərçəkmişlər apellyasiya şikayəti veriblər.

Bakı Apellasiya Məhkəməsinin qərarına əsasən, E.Babayevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, E.Babayevin 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 ilə endirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 704