Yaşayış evi əşiyaları ilə birlikdə yandı


20:49     25 May 2020 2015-02-14-10-06-17fhn-yangin-full-liderxeber-640.jpg

Qazaxda yaşayış evində yanğın baş verib.

Femida.az-ın məlumatına görə, hadisə rayonun Bakı küçəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Poladov Elşən Viktor oğluna məxsux 36 kv metrlik mənzildə yanğın olub.

Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı mənzilin 15 kv metrə yaxın hissəsi əşiyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 985