Bakı-Naxçıvan reysinin açılması üçün müraciət edildi
20:51 25 May 2020
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə baģlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin açılması ilə baģlı məktubla müraciət edib.
Femida.az xəbər verir ki, bu barədə daimi nümayəndəliyin rəsmi saytında (ndn.az) məlumat yerləşdirilib.
Qeyd edək ki, 2020-ci il aprel ayının 5-də KOVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri dayandırılıb.
Femida.az
Oxunub: 918
Oxşar xəbərlər
- Bakı-Naxçıvan-Bakı avtobuslarına biletin qiyməti açıqlanıb
- Bakı-Naxçıvan reyslərinin sayı artırılır
- Bakı-Naxçıvan-Bakı üzrə bilet alanların NƏZƏRİNƏ!
- Bakı-Naxçıvan-Bakı aviareyslərinin gediş-gəliş qaydaları açıqlanıb
- Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareys həftədə bir dəfə yerinə yetiriləcək
- Bakı-Naxçıvan aviareysi ləngiyir
- Bakı-Naxçıvan dəmir yolu nə vaxt tikiləcək?