Bakı-Naxçıvan reysinin açılması üçün müraciət edildi


20:51     25 May 2020 4K-AZ86-AZAL-Azerbaijan-Airlines-Airbus-A340-500_PlanespottersNet_390592.jpg

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov nümayəndəliyə olan çoxsaylı müraciətlərlə baģlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reyslərinin açılması ilə baģlı məktubla müraciət edib.

Femida.az xəbər verir ki, bu barədə daimi nümayəndəliyin rəsmi saytında (ndn.az) məlumat yerləşdirilib.

Qeyd edək ki, 2020-ci il aprel ayının 5-də KOVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə, Naxçıvan-Bakı-Naxçıvan istiqamətində təyyarə reysləri dayandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 917