Sumqayıtda ağır qəza - 5 nəfər öldü


10:13     26 May 2020 qeza.jpg


Sumqayıtda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub.


Femida.az-ın Report-a istinadən məlumatına görə, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 4 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı "Saipa"-nın sürcüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüblər.

Yaralılar:

1984-cü il təvəllüdlü Ramil Gülhəsən oğlu Əliyev,

1991-ci il təvəllüdlü Azər Mürvət oğlu Musazadə.

Yaralılar Bakıdakı xəstəxanalardan birinə çatdırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 495