Almaniyada bələdiyyə seçkilərində azərbaycanlı namizəd oldu


11:07     26 May 2020 almaniya-bayragi.jpg


Almaniyada bu ilin oktyabrın 9-da keçiriləcək bələdiyyə seçkilərində azərbaycanlının da namizədliyi qeydə alınıb.


“Report”un məlumatına görə, bu, Müşəxxəs Sulranovdur.

Onun namizədliyi Oyskirxen torpaqlığı üzrə Almaniya Sosial Demokratlar Partiyası (SPD) tərəfindən irəli sürülüb. M.Sultanov 2006-cı ildən partiyanın üzvüdür. Azərbaycanlı namizəd seçiləcəyi təqdirdə torpaqlıqdakı 5 şəhərdən birinin başçısı olacaq.

M.Sultanov 1 sentiyabr 1967-ci ildə Bakıda anadan olub, Azərbaycan Neft Akademiyasını bitirib. 1999-cu ildən Almaniyada yaşayır, ölkədə ilk iş müqaviləsi Almaniya Şell Neftayırma birliyində mühəndis köməkçisi kimi olub. 2006-cı ildən Almaniyada otel və qastronom sahəsində sərmayələr yatırımına da başlayıb. Evlidir, iki övladı var.



Femida.az

Açar sözlər: #Almaniya   #bələdiyyə  

Oxunub: 408