Sumqayıtdakı qəzada ölənlərin hamısı hərbçidir - RƏSMİ


12:07     26 May 2020 20_05_26_1590480544.jpg


Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada dünyasını dəyişənlərin 4-ü də hərbi qulluqçudur.


Məlumatı Trend-ə Müdafiə Nazirliyi təsdiqləyib.

Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində “Saipa” və “Opel” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Saipa” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 4 nəfərin meyitini və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər: #hərbçi   #qəza  

Oxunub: 767