Azərbaycanda itləri ölənədək döyüşdürən şəxslərlə bağlı araşdırma başladı


12:21     26 May 2020 20_05_26_1590481315.jpg


Sosial şəbəkələrdə Azərbaycanda it dalaşdıran şəxslərin görüntüləri yayılıb.

Yayılan məlumatlarda bildirilir ki, həmin şəxslər qadağan edilmiş it döyüşləri keçirirlər.

Pulla döyüşlər təşkil edən şəxslərin Sumqayıt şəhərindən olduqları ehtimal edilir.

Belə ki, onlar itləri ölənə qədər döyüşdürürlər, daha sonra məğlub olan köpəkləri kəsib, ətini digər itlərə yedizdirirlər. Bir itin digər itə yedizdirilməsi də görüntülərdə yer alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, həmin görüntülərdəki hadisələr araşdırılacaq. / Report



Femida.az

Açar sözlər: #it   #döyüş  

Oxunub: 1196