FİFA qadın futbolçuları zorlayan federasiya prezidentini cəzalandırıb


13:50     26 May 2020 20_05_26_1590486691.jpg

Haiti Futbol Federasiyasının prezidenti Yves Jan-Bart 90 gün müddətinə vəzifəsindən uzaqlaşdırılıb.

Femida.az -ın məlumatına görə, buna səbəb onun qadın futbolçuları təcavüz etməsi iddiasının ortaya atılmasıdır.

Jan-Bart Haitinin qadınlardan ibarət millisinin bir neçə oyunçusunu zorlamaqda ittiham olunur. Hazırda bununla bağlı istintaq davam etdirilir. FİFA da istintaq müddətində onun səlahiyyətlərini yerinə yetirməməsini məqsədəuyğun bilib. Jan-Bart qarşıdakı 3 ay ərzində prezidentlik vəzifəsini icra edə bilməyəcək.

Qeyd edək ki, Yves Jan-Bart 20 ildir Haiti Futbol Federasiyasına rəhbərlik edir.

Açar sözlər:

Oxunub: 682