Rusiyanın ilk Energetika naziri koronavirusdan vəfat edib


16:57     26 May 2020 20_05_26_1590491741.jpg

Rusiyanın ilk Energetika naziri Vladimir Lopuxin 68 yaşında yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.


Femida.az -ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun dostu, yazıçı Denis Draqunski “Facebook”da bildirib.

Qeyd edək ki, V. Lopuxin Rusiyanın sabiq Prezidenti Boris Yeltsinin prezidentliyi dövründə - 1991-92-ci illərdə ilk hökumətin tərkibində Rusiyanın Energetika və Yanacaq naziri vəzifəsini icra edib. O, istefa verdikdən sonra bank və kommersiya təşkilatlarında aparıcı vəzifələrdə çalışıb.

Açar sözlər:

Oxunub: 1237