Evdən 14 min manatlıq oğurluq edildi


18:01     26 May 2020 ogurluq.jpg

Bakıda evdən oğurluq olub.

Femida.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, mayın 17-də Sabunçu rayonundakı evlərin birindən 10 000 manat pul və 4 000 manat dəyərində qızıl əşyalar oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş N.Salayev, T.Cəlilov və Ə.Əliyev saxlanılıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 690