Abonent "Azərişıq"ın əməkdaşını güllələdi - YENİLƏNİB


20:12     26 May 2020 gulleleyib.jpg

Masallı rayonunda abonent "Azərişıq" ASC-nin 3 əməkdaşını odlu silahla yaralayıb.

1989-cu il təvəllüdlü Ayaz Mirzəbala oğlu Rəcəbov sol bazu sümüyünün odlu silahdan yaralanması, yumşaq toxumaların siyrilməsi, 1990-cı il təvəllüdlü Orxan Mehman oğlu Baxşıyev isə sol əlin arxa səthinin odlu silahdan yaralanması diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Xəstəxanada lazımi tibbi yardım göstərilən A.Rəcəbov və O.Baxşıyev ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, insident zamanı daha bir nəfər - "Azərişıq" ASC-nin digər əməkdaşı, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırov da ov tüfəngi ilə güllələnib. Hazırda onun müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Silahlı insidentin rayonun Yeddioymaq kəndində 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov tərəfindən törədildiyi məlum olub.

Hazırda araşdırmalar davam etdirilir.

***

Masallıda güllələnmə hadisəsi baş verib.

Femida.az APA-ya istinadən verdiyi məlumata görə, Masallı şəhər sakini, "Azərişıq" ASC-nin əməkdaşı, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırov rayonun Yeddioymaq kəndində 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov tərəfindən ov tüfəngi ilə güllələnib.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tərəflər arasında mübahisə işıq pulunu ödəmək üstündə yaranıb.

Hadisəni törədən şəxs artıq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 834


Oxşar xəbərlər