Daha 131 azərbaycanlı Rusiyadan təxliyə olunub


19:20     26 May 2020 2020/05/f0636245-0920-4053-b0cc-907d6a15d32e_1590506525.jpg

"Bu gün daha 131 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunub".

Bunu "Report"a açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.

Onun sözlərinə görə, hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib.

"İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılır. May ayının 26-da ilkin olaraq 104 nəfər sərhəddi keçməli idi. Buna baxmayaraq, Azərbaycana keçənlərin sayını artırmaq mümkün oldu. Təbii ki, sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, - deyə Elnur Hüseynov bildirib.

O bildirib ki, hazırda Rusiyadan Azərbaycana keçmək isəyən 600-dən çox adam var.

Femida.az

Açar sözlər:

Oxunub: 666