DYP: Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər
11:13 27 May 2020
Azərbaycanda karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb.
Bu barədə Femida.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
Onun sözlərinə görə, cərimə məbləğini ödəməyən şəxslərin əmlakı və mülkiyyətinin üzərinə həbs qoyula bilər:
“Qanunvericiliklə inzibati cərimənin ödənilməsi üçün verilən bir aylıq müddət bitdiyi halda həmin cərimə ödənilməsə toplanmış müvafiq materiallar məcburi icraata göndərilir. Daha sonra da məcburi icraatda həmin şəxsin əmlakının və mülkiyyətinin üzərinə məhkəmə qərarı ilə həbs qoyula, digər gəlirlərinə yönədilə bilər ki, cərimə məbləği oradan tutulsun”.
K.Əliyev deyib ki, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan indiyədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 56 min hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.
Qeyd edək ki, koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunur. Buna görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 2 000 manatdan 5 000 manatadək cərimə edilir.
Femida.az
Oxunub: 662
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"