Qarabağda erməni polkovniki məhv edildi (VİDEO)


16:22     05 Dekabr 2015 144644592456370364004797.jpg

Ermənistan mətbuatı Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan Dağlıq Qarabağ ərazilərindəki erməni mövqelərinin artilleriya atəşinə tutması barədə görüntüləri əks etdirən videogörüntülər yayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, atəşin koordinasiyası pilotsuz uçan aparatın məlumatlarına görə aparılıb.

Atəş nəticəsində həmin vaxt ərazidə olan erməni hərbçiləri ölüb, həmçinin, yaralılar da var. Ölən və yaralananlar arasında Dağlıq Qarabağdakı separatçı rejimin yüksək rütbəli hərbi rəhbərləri da olub.

Həmçinin, ölənlər arasında dağ-piyada diviziyası komandirinin müavini, polkovnik Aratyunan Cəlal Anatolyeviç də var.

Femida.az



Açar sözlər:

Oxunub: 3866