Son 5 ildə 143 azərbaycanlı məhkum Azərbaycana ekstradisiya olunub


17:23     27 May 2020 2018/02/mehkum_1518781040.jpg

Beynəlxalq hüquqi yardımla bağlı Ədliyyə nazirliyinə daxil olan sorğuların sayı ötən ildə 20 minə çatıb.

Femida.az xəbər verir ki, beynəlxalq hüquq əməkdaşlığı çərçivəsində məhkumların verilməsi sahəsində işin dairəsi də genişlənib. Belə ki, bir sıra dövlətlərlə, o cümlədən Rusiya, Ukrayna, Litva, İran, Pakistan və Çin ilə bu sahədə müqavilələr bağlanılıb, eləcə də dövlətimiz Avropa və MDB-nin müvafiq konvensiyalarının iştirakçısıdır. Həmin sənədlər əcnəbi məhkumların cəzalarının qalan hissəsini çəkmək üçün vətəndaşı olduqları ölkələrə verilməsini təsbit etməklə onların hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Son 5 il ərzində Ədliyyə Nazirliyi tərəfindən 161 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 143 soydaşımızın isə Azərbaycana gətirilməsinə nail olunub. Bu tədbirlər, ilk növbədə, məhkumların və onların ailə üzvlərinin mənafelərinin təmin olunmasına, vətəndaşlarımızın ailələrinə yaxın ərazidə cəza çəkmələrinə, yaxınları ilə görüşmək imkanlarının asanlaşdırmasına və sosial adaptasiyasına kömək etməklə həmin məhkumların islah olunaraq sonradan cəmiyyətə normal qovuşmasına xidmət edir.

Femida.az

Açar sözlər: #ədliyyə   #hüquq   #məhkum   #ekstradisiya  

Oxunub: 2230