Mayk Pompeodan mühüm mesaj: “ABŞ Azərbaycanın yanındadır”
10:34 28 May 2020
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.
Femida.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yer alıb.
Təbrikdə bildirilib ki, ABŞ və Azərbaycan 30 il ərzində vacib tərəfdaşlıq münasibətlərini dəstəkləyir: “Biz təhlükəsizlik, enerji və iqtisadi inkişaf, insan hüquq və azadlıqlarının müdafiəsi kimi vacib məsələlərlə məşğul oluruq. Biz Əfqanıstanda sülhün bərqərar olunması və “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılması ilə Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsi üzrə çiyin-çiyinə işləyirik. Ölkələrimiz dünyada mühüm problemlərin həllində əməkdaşlığı davam etdirir”.
Pompeo, həmçinin qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqdir:
“Bu il COVID-19 pandemiyası yeni çağırışların yaranmasına səbəb olsa da, mən əminəm ki, Azərbaycan xalqı bunun öhdəsindən cəsarətlə və qətiyyətlə gələcək. ABŞ Azərbaycanın yanındadır, ölkənin suverenliyini və müstəqilliyini dəstəkləyir”.
Femida.az
Oxunub: 764
Oxşar xəbərlər
- Abşeronda hərbi sursat aşkarlanıb
- ABŞ-da atışma olub, ölən və yaralananlar var
- ABŞ səfirliyi Anım Günü ilə bağlı Azərbaycana başsağlığı verib
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Abşeronda kişi qısqanclıq zəminində bıçaqlanıb
- Ağ Ev Rusiyanı ABŞ-ın məhbus mübadiləsi təklifini qəbul etməyə çağırıb
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- ABŞ dünya ictimaiyyətini meymunçiçəyi ilə mübarizə aparmağa çağırır
- Ukrayna XİN ABŞ-ı silah tədarükünə nəzarət tələblərindən imtina etməyə çağırıb
- Sabah Abşeron rayonunun bəzi qəsəbələrində qaz olmayacaq