Narkotik becərən Ağdaş və Göyçay sakinləri saxlanılıb


11:41     28 May 2020 hebs5.jpg


Ağdaş və Göyçay rayon polis şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbirləri keçirilib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri - əvvəllər məhkum olunmuş 39 yaşlı Elmir Hüseynov və 33 yaşlı Gündüz Bayramov saxlanılıb.

Həmin şəxslərin rayonun Yuxarı Ləki kəndi ərazisində böyürtkən kollarının arasında xüsusi aqrotexniki qaydada qulluq göstərməklə yetişdirdikləri 38 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülüb.

Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən şəhər sakini Zaur Bağırov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman 22 ədəd çətənə bitkisi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı rayon polis şöbələrində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 592