İndoneziya Prezidenti İlham Əliyevə məktub göndərib
12:42 28 May 2020
İndoneziya Respublikasının Prezidenti Coko Vidodo Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Femida.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını İndoneziya Respublikasının xalqı adından və şəxsən öz adımdan təbrik edirəm. Qoy Uca Allah xalqınıza hər zaman tərəqqi və firavanlıq bəxş etsin.
Ümid edirəm ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər xalqlarımızın rifahı naminə inkişaf etməkdə davam edəcək.
Sizin Qoşulmama Hərəkatında sədrliyinizi, xüsusilə də Qoşulmama Hərəkatının Təmas Qrupu formatında COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, videokonfrans vasitəsilə keçirilmiş sammitin təşkil edilməsi təşəbbüsünüzü yüksək dəyərləndirdiyimi bildirmək istəyirəm. İnanıram ki, Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələr arasındakı əməkdaşlıq bu çətin zamanlarda daha da güclənəcəkdir.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı, Sizə möhkəm cansağlığı və rifah arzularımı qəbul edin".
Femida.az
Oxunub: 576
Oxşar xəbərlər
- İndoneziyada 7,3 bal gücündə zəlzələ olub
- İndoneziyada vulkan püskürməsi nəticəsində 13 nəfər həlak olub
- İndoneziyada 6,2 bal gücündə zəlzələ olub
- İndoneziyada balıqçıların qayıqları aşıb, 9 nəfər ölüb, 47 nəfər itkin düşüb
- İndoneziyadakı zəlzələnin qurbanları artır
- İndoneziya ilə ticarət razılaşması bu il imzalanacaq
- İndoneziyada nazirə sui-qəsd təşkil olunub
- İndoneziyalılara Ümrə ziyarətinə Azərbaycandan getsin - TƏKLİF
- İndoneziya 5.1 balla silkələndi
- İndoneziya 5.5 balla silkələndi