Bakı əhalisinin sayı açıqlanıb


18:13     28 May 2020 1426079192_turistbaki.jpg

Bu ilin aprel ayının 1-i tarixinə Bakı şəhərinin əhalisinin sayı 2 294,8 min nəfər təşkil edib.

Femida.az -ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, paytaxt əhalisinin sayı son bir ildə 14,1 min nəfər və ya 0,6% artıb. Belə ki, ötən ilin aprelin 1-nə bu göstərici 2 280,7 minə bərabər olub.

Cari ilin aprelin 1-nə Bakı əhalisinin təbii artımı illik ifadədə 1 950-ə çatıb. Belə ki, ölkə paytaxtında doğulanların sayı 5 515 nəfər, ölənlərin sayı isə 3 565 nəfər olub.

Açar sözlər:

Oxunub: 806