Gürcüstan Prezidenti Azərbaycanı təbrik edib


19:11     28 May 2020 20_05_28_1590678761.jpg

Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevi 28 may Respublika Günü münasibəti ilə təbrik edib.

Femida.az xəbər verir ki, bu barədə Gürcüstan Prezident “Twitter” hesabında paylaşıb.

"Bu gün, Respublika Günündə Azərbaycan Prezidentini təbrik edirəm. Gürcüstan və Azərbaycan tarixi dostluq və strateji əməkdaşlıq əlaqələri bölüşür. Mən Azərbaycan xalqına sülh, firavanlıq və xüsusilə də bu çətin pandemiya vaxtlarında sağlamlıq arzulayıram", - deyə paylaşımda qeyd edilib.

Açar sözlər:

Oxunub: 627