Bakıda kişi gözəllik salonunda işləyən arvadını bıçaqla öldürüb


20:40     28 May 2020 bicaq.jpg

Bakı şəhərinin Sabunçu rayonunda qətl hadisəsi baş verib.

APA-nın xəbərinə görə hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Nuranə Qasımova işlədiyi gözəllik salonunda əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 708