İtaliyada koronavirusdan sağalanların sayı 150 mini keçib
21:55 28 May 2020
İtaliyada koronavirus infeksiyasına yoluxmuş şəxslərin sayı 47 986-ya enib. Onların sayı son sutkada daha 2980 nəfər azalıb.
Femida.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.
Həmçinin son bir gündə 3503 nəfər müalicə yolu ilə bu virusdan xilas olunub və oların sayı 150 604 nəfərə çatıb.
Son sutka ərzində COVID-19 diaqnozu ilə ölənlərin sayında da artım var – 70 nəfər (ümumilikdə 33 142). Bundan bir gün əvvəl 117 nəfərin öldüyü deyilirdi.
Hazırda müalicə müəssisələrində virusa yoluxmuş 7379 sakinin qaldığı bildirilir, sutka ərzində onların sayı 350 nəfər azalıb.
Qeyd edək ki, İtaliyada indiyədək 231 732 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı təsdiqlənib, son sutkada isə daha 593 nəfərdə virus aşkar olunub.
Oxunub: 881
Oxşar xəbərlər
- İtaliyada alma boyda dolu düşdü
- İtaliyada 5.5 bal gücündə zəlzələ oldu
- İtaliyada koronavirusa bir gündə 10 mindən çox yoluxma qeydə alınıb
- İtaliyada bir gündə 680 nəfər koronavirusdan ölüb
- İtaliyada vəfat edən görkəmli azərbaycanlı opera müğənnisi Bakıda dəfn edilib
- İtaliyada vəfat edən azərbaycanlı musiqiçi Bakıda dəfn ediləcək
- İtaliyadakı səfirimiz erməni icmasının yalanlarını ifşa edib
- İtaliyada daha 214 nəfər koronavirusa yoluxub, 12 nəfər isə virusdan ölüb
- İtaliyada son sutkada koronavirusdan 65 nəfər ölüb
- İtaliyada 28 May münasibətilə videokonfrans keçirilib