Ağdaşda narkotik bitkilər becərən iki xalaoğlu tutulub


11:33     29 May 2020 20_05_29_1590736631.jpg

Ağdaşda narkotik bitkilər yetişdirən şəxslər saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Ağdaş rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Ağdaş rayonu Ləki qəsəbəsi M.Məmmədov küçəsi ev 2 ünvanında yaşayan, 1981-ci il təvəllüdlü Hüseynov Elmir Elman oğlu və Ağdaş rayonu Binələr kənd sakini 1987-ci il təvəllüdlü Bayramov Gündüz Mehdi oğlu narkotik tərkibli çətənə bitkiləri yetişdirdikləri üçün tutulublar. Onların becərdiyi çətənə kolları kökündən çıxarılaraq qablaşdırılaraq götürülüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb. İki xalaoğlu olan Elmir Hüseynov və Gündüz Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Qeyd edək ki, “Xaş-xaş 2020” tədbirlər planına əsasən Ağdaş rayonu ərazisində ümumilikdə 4 fakt üzrə 7328 ədəd, 1 ton 141 kiloqram yabanı halda bitmiş narkotik tərkibli çətənə kolu aşkar edilib, kökündən çıxarılaraq məhv edilib.

Açar sözlər:

Oxunub: 411