Beyləqanda baş verən qəzada ata ölüb, oğlu xəsarət alıb


12:41     29 May 2020 20_05_29_1590741769.jpg

Mayın 28-də saat 10 radələrində Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində Yuxarı Aran kənd sakini Fərəc Qasımovun idarə etdiyi “QAZ-3110” və Füzuli rayon sakini E.Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, nəticədə F.Qasımov və sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib, ata orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 621