Səyyar “ASAN xidmət” Tağıyev qəsəbəsində
18:10 05 Dekabr 2015
Səyyar “ASAN xidmət” dekabrın 5-dən 20-dək Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində sakinlərə xidmət göstərəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzVision.az-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
Oxunub: 802
Oxşar xəbərlər
- Səyyar ASAN Tovuzda
- Səyyar ASAN Neftçala və Pirəkəşküldə
- Səyyar `ASAN xidmət` beş yeni məntəqədə
- Səyyar “ASAN xidmət“də ödənişsiz tibbi müayinə
- Səyyar ASAN yeni məntəqələrdə
- Səyyar `ASAN qatar` Şabran
- Səyyar ASAN xidmət 3 şəhərə gedir
- Səyyar `ASAN xidmət` İsmayıllı və Lerikdə
- Səyyar `ASAN qatar` Balakəndə
- Səyyar ASAN bu bölgələrdə gedir - SİYAHI