Ermənistanda hərbi polisə yeni əməkdaşlar rüşvətlə götürülür


13:24     29 May 2020 2020/05/26e54e78-4a38-467a-8075-f52a61f8f189_1590744386.jpg

Ermənistan Hərbi Polisində qalmaqal böyüyür.


Femida.az “Aysor”a istinadən xəbər verir ki, bu barədə “Joxovurd” yazıb.

Bildirilib ki, buna səbəb Ermənistan Hərbi Polis rəisi səlahiyyətlərini icra edən Aleksandr Ağacanyanın fəaliyyəti göstərilir. Məlumata görə, o, köhnə kadrları işdən çıxarıb, onların yerinə yenilərini götürür. Ağacanyanın yeni kadrları iri məbləğə işə qəbul etdiyi vurğulanıb.

“Biz Aleksandr Ağacanyanın təyinatından sonra Hərbi Polisdəki vəziyyətlə bağlı dəfələrlə müraciət etmişik. Ermənistanın müdafiə naziri David Tonoyanın sayəsində onun Hərbi Polisdə işlədiyini yazmışıq”, - “Joxovurd” vurğulayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan qəzetin yazdığını təkzib edərək Ağacanyanın islahat apardığını söyləyib.

Femida.az

Açar sözlər:

Oxunub: 835