Karantini pozan dönər evinin sahibi cərimələndi
13:59 29 May 2020
Bakıda xüsusi karantin qaydalarını pozan dönər evi aşkarlanıb.
Femida.az-ın xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti və 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq reyd zamanı Binəqədi rayonunun Biləcəri yolunda yerləşən "Keyfi manqal" dönər evinin müəyyən edilən vaxt rejimindən kənar saatlarda fəaliyyət göstərdiyi məlum olub.
Müvafiq reydlərlə dönər evində ümumilikdə 4 nəfərin xüsusi karantin qaydalarını pozduğu aşkarlanıb.
Daha sonra obyekt sahibi barəsində inzibati protokol tərtib olunaraq 2 000 manat, digər şəxslər isə 100 manat cərimə olunublar.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahda qəbul edilən qaydalara əsasən, bütün ictimai iaşə məkanlarında müştərilərə saat 08:00-dan 18:00-dək yerində xidmət göstərmək olar.
Femida.az
Oxunub: 579
Oxşar xəbərlər
- Karantini pozan 40 nəfər həbs edilib
- Karantini pozan repetitor saxlanılıb
- Karantini pozan 1296 nəfər cərimələndi
- Karantini pozan 3 147 nəfər cərimələndi
- Karantini pozan çayxana aşkar edilib
- Karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı
- Karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı
- Karantini pozaraq fəaliyyət göstərən gözəllik salonu aşkarlandı
- Karantini pozan 2 kafe aşkarlandı, 20 nəfər cərimələndi
- Karantini pozaraq cərimələnən şəxslərin sayı açıqlandı