Kim Çen In İlham Əliyevi təbrik etdi
16:06 29 May 2020
Koreya Xalq Demokratik Respublikasının Dövlət Şurasının sədri Kim Çen In Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Femida.az-ın məlumatına görə, təbrik mətnində deyilir:
"Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Koreya Xalq Demokratik Respublikasının Hökuməti və xalqı adından Sizin dost ölkənin hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.
Koreya ilə Azərbaycan arasında dərin tarixə malik dostluq və əməkdaşlıq əlaqələrinin hər iki xalqın arzusu və istəyinə uyğun olaraq daim inkişaf edəcəyinə əminliyimi bildirir, Sizə və xalqınıza Azərbaycanın tərəqqisi naminə fəaliyyətinizdə böyük uğurlar arzulayıram".
Femida.az
Oxunub: 738
Oxşar xəbərlər
- Kimlərə dənizdə çimmək qətiyyən olmaz? – Boğula bilərsiniz
- Kimya zavodunda partlayış baş verib, 8 ölü, 20 yaralı var
- Kim Çen In Azərbaycan Prezidentini təbrik edib
- Kimlərin maaşı nə qədər artırıldı? - TAM İZAH
- Kimsəsizləri döyüb pullarını alan dəstə tutuldu - FOTO
- Kimlərə icbari tibbi sığorta xidməti pulsuz olacaq? - AÇIQLAMA
- Kimlər özəl məhkəmə eksperti ola biləcək? - QANUN
- Kimlər gəlir vergisindən azaddır? - VİDEO
- Kimlər deputat seçilə bilməz?
- Kim Çen Inın müavini Bakıya gəlir