Azərbaycanda daha 230 nəfər koronavirusa yoluxub - 103 nəfər sağalıb
18:04 29 May 2020
Azərbaycan Respublikasında 230 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 103 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948 və 1950-ci il təvəllüdlü iki nəfər vəfat etmişdir.
Hazırkı dövrədək ölkəmizdə 4989 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 3125 nəfər müalicə olunaraq sağalmış, 58 nəfər vəfat etmiş, 1806 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 50 nəfərin vəziyyəti ağır, 67 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 289.603 test aparılmışdır.
Femida.az
Oxunub: 827
Oxşar xəbərlər
- Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib
- Azərbaycanda son sutkada 373 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- Azərbaycanda son sutkada 399 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- Azərbaycanda daha 306 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib
- Azərbaycanda daha 333 nəfər koronavirusa yoluxub